XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Olimpiya mükafatçımız Avropa çempionu oldu
İdman 00:17 / 10.04.2025

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvü Giorgi Meşvildişvili parlaq qələbə ilə yadda qalıb.

Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız final görüşündə Gürcüstan təmsilçisi Solomon Manaşvilini məğlub edərək qızıl medala sahib çıxıb. Bu nəticə Azərbaycan yığmasının qitə çempionatındakıilk qızıl medalı kimi tarixə düşüb.

Qeyd edək ki, bundan əvvəl digər sərbəst güləşçilərimiz də uğurlu çıxışlarla yadda qalıblar. Belə ki, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medal qazanıblar. Osman Nurməhəmmədov isə 92 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Azərbaycan güləşçilərinin bu uğurlu çıxışları ölkəmizin idman tarixində növbəti əlamətdar səhifə kimi yadda qalacaq.


11162 oxunub

InvestAZ