XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



AOK prezidenti Spiros Kapralos BOK-un İcraiyyə Şurasına üzv seçildi
İdman 15:56 / 21.03.2025

Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralos Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurasına Milli Olimpiya Komitələrini təmsil edən üzv seçilib.

2019-cu ildən BOK-un üzvü olan prezident Kapralos Yunanıstanın Kosta Navarino şəhərində keçirilən BOK-un 144-cü sessiyasında yekdilliklə seçilib və 2025-2029-cu illərdə dörd il müddətinə vəzifəsini icra edəcək.

Spiros Kapralos bu nüfuzlu vəzifəyə seçilməsindən məmnun olduğunu bildirib. "Bu şərəfli vəzifəyə məni layiq gördükləri üçün həmkarlarıma minnətdarlığımı bildirirəm. Təkcə Avropa MOK-larının deyil, bütün dünyanın maraqlarına xidmət etmək üçün əlimdən gələni edəcəyəm”, - deyə Spiros Kapralos qeyd edib.

AOK prezidenti çıxışına əlavə edərək deyib: "Əlbəttə ki, həmçinin mən Avropa Olimpiya Hərəkatının maraqlarını təmsil edəcəyimə zəmanət verirəm. Olimpizm ideallarını təbliğ etməyə davam etmək üçün seçilmiş prezident Kiristi Koventri və İcraiyyə Şurasının üzv həmkarlarımla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm".


16292 oxunub

InvestAZ