XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025



Gənc boksçularımız üçün yeni sınaq
İdman 15:57 / 14.02.2025

Gənc boksçulardan ibarət Azərbaycan millisi Rumıniyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, komandamız Breila şəhərində təşkil olunacaq "Drakula Open”ə 14 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayev yarışda Bilalhəbaşi Nəzərov, Hikmət Məmmədov (hər ikisi 48 kq), Nihat Qasımov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq), Baqir Əmirxanlı (60 kq), Vüsal Xəlilov (63,5 kq), Valeh Eyvazlı (67 kq), Rza Rzayev (71 kq), Abbasqulu Şadlinski, Renat Qiyaslı (hər ikisi 75 kq), Mircəlal Mirağayev (80 kq), Hüseyn Hüseynli (92 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

Turnirdə Rövşən Qədirovla Qalib Əbiyev Azərbaycanı hakim kimi təmsil edəcəklər.

Qeyd edək ki, fevralın 16-da başlayacaq "Drakula Open”də final döyüşləri ayın 23-də keçiriləcək.


12708 oxunub

InvestAZ