XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Futzal millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazandı
İdman 23:08 / 26.01.2025

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.

İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv San Marinoda keçirilən ilkin mərhələnin B qrupunu birinci pillədə başa vurub.

Meydan sahibləri ilə heç-heçə (2:2) edən U-19 xallarının sayını 4-ə çatdırıb.

Yığmamız daha əvvəl Kosovonu 4:1 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, əsas mərhələnin görüşləri 25-30 mart aralığında Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina və Türkiyədən olan həmyaşıdalrı ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində baş tutacaq final mərhələsinə vəsiqə qazanacaq.



13974 oxunub

InvestAZ