XƏBƏR LENTİ
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025
26 Dekabr 2025



Olimpiya çempionu dünya rekordunu yenilədi
İdman 13:21 / 11.12.2024

Amerikalı üzgüçü Qretçen Uolş Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında tarixi nəticəyə imza atıb.

İdmançı "butterfly” üsulunda 50 metrlik qısa məsafəyə üzmə üzrə yeni dünya rekordu müəyyənləşdirib. O, buna finişə 24,02 saniyə ilə birinci çatmaqla nail olub.

Bundan əvvəlki dünya rekordu 2009-cu ildə isveçli Teresa Alşamaraya (24,38) məxsus olub.

Qeyd edək ki, Qretçen Uolş Paris-2024 Yay Olimpiya Oyunlarında iki qızıl və iki gümüş medal qazanıb.


14524 oxunub

InvestAZ