XƏBƏR LENTİ
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



Yeniyetmə boksçularımız beynəlxalq turnirdə mübarizəyə başlayırlar
İdman 11:41 / 17.09.2024

Azərbaycanın yeniyetmə boksçuları bu gün Belarusun Jabinka şəhərində start götürəcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 4 gün davam edəcək yarışda milli komandanın 8 idmançısı rinqə çıxacaq.

Baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov Jabinkada Ayxan Həsənov (48 kq), Nihat Qasımov (50 kq), İmran Axundov (52 kq), Əflatun İsmiyev (54 kq), Sübhan Babayev (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq) və Səfdər Məmmədzadəyə (+80 kq) şans verəcək.

Komanda Bakıya sentyabrın 21-də qayıdacaq.


19861 oxunub

InvestAZ