XƏBƏR LENTİ
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



Oskar Piastri: "İnkişaf etməyimdə böyük rol oynadığına görə komandama təşəkkür edirəm"
İdman 17:40 / 15.09.2024

"Bolidləri təkmilləşdirdiyinə, eyni zamanda, inkişaf etməyimdə böyük rol oynadığına görə komandama təşəkkür edirəm".

Bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi olan "McLaren"in avstraliyalı pilotu Oskar Piastri deyib.

Avstraliyalı sürücü komandasının "Red Bull"u qabaqlayaraq konstruktorların çempionat cədvəlində zirvəyə qalxmasına münasibət bildirib: "Ötən il mən komandaya yeni qoşulanda sonuncu pillədə idik. O gündən indiyə kimi bir çox şeylərin dəyişdiyini görmək olur. İndi isə çempionata başçılıq edirik. Bu, doğrudan da əla nəticədir. Bu uğurda komandadakı hər kəsin əməyi var. Buna görə onlara minnətdaram".


20842 oxunub

InvestAZ