XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
İdman 12:26 / 12.09.2024

Sentyabrın 13-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq.

İclasın gündəliyinə lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi, AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat, Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı, aşağı yaş qrupları üzrə liqaların, Qadın Liqalarında 2024-2025-ci illər mövsümü üçün təkliflərin və milli assosiasiya tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi, İntizam Komitəsinə yeni üzvlərin təsdiqi və digər məsələlər daxildir.


7541 oxunub

InvestAZ