XƏBƏR LENTİ
20 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Legioner güləşçiyə yüksək mükafat verildi
İdman 13:54 / 28.08.2024

Paris-2024 Yay Olimpiya Oyunlarında Bəhreyn bayrağı altında çıxış edən dağıstan əsilli güləşçi Olimpiya çempionu Əhməd Tacutdinova (97 kq) mükafat təqdim olunub. O, Bəhreyn kralı Həməd ibn İsa Əl Xəlifədən "Ölkə qarşısında birinci dərəcəli xidmətlərə görə” medalı ilə təlif olunub. Bu barədə sərbəst güləşçi sosial şəbəkə hesabında paylaşıb. "Bu gün əlahəzrət kraldan "Vətənə xidmətə görə birinci dərəcəli” medalını almaqdan şərəf duydum". Məlumat üçün bildirək ki, Ə.Tacutdinov finalda gürcü Givi Maçaraşvilini məğlub edərək, Bəhreynə ilk Olimpiya medalını qazandırmışdı.


16084 oxunub

InvestAZ