XƏBƏR LENTİ
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Anar Quliyev: MDB ölkələri arasında kamandan oxatma yarışını Xankəndidə keçirməyi planlaşdırırıq
İdman 22:02 / 24.08.2024

Gələn il Azərbaycanda MDB ölkələri arasında kamandan oxatma yarışı keçirməyi planlaşdırırıq. Yarışlar Xankəndi şəhərində təşkil ediləcək. Bu idman növünün işğaldan azad olunmuş Qarabağa gəlişi rəmzi hadisədir.

Bu sözləri Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyev kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

Federasiya rəhbəri AKOF-un qarşısında duran əsas hədəfləri açıqlayıb: "Hazırda məqsədimiz klubların sayını artırmaqdır. Çünki ölkəmizdə bu idman növü üzrə yaxşı potensial görünür. Əsas hədəfimiz kamandan oxatmanı yaşatmaq və inkişaf etdirməkdir. Buna görə də idmançılarımızın yaxşı nəticələr əldə etməsi üçün yüksək şərait yaradacağıq. Bu gün ölkəmizdə kamandan oxatmada təşkilatlanma bəlkə də yaxşı səviyyədə deyil. Amma istəyirik ki, Bakı ilə yanaşı, regionlarımızda da inkişafı təmin edək”.


19079 oxunub

InvestAZ