XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Üzgüçümüz Paris-2024-də iştirak etdi
İdman 13:23 / 30.07.2024
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan Olimpiya komandasının daha bir üzvü üzgüçü Ramil Vəlizadə olimpiadada  mübarizəyə başlayıb. Təmsilçimiz 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində mübarizə aparıb. 
R.Vəlizadə dörd iştirakçının mübarizə apardığı birinci qrupda 1 dəqiqə 59.77 saniyə nəticə ilə ikinci yeri tutub. 
Digər üç qrupda yarışlar başa çatdıqdan sonra növbəti mərhələyə vəsiqə qazanan iştirakçıların adlarına aydınlıq gəlib. Belə ki, idmançımız 28 iştirakçı arasında ilk "16-lığ"a düşə bilmədiyi üçün yarışla vidalaşıb. İdmançımız yekunda 25-ci yerlə kifayətlənib.
17275 oxunub

InvestAZ