XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Daha bir cüdoçumuz Paris Olimpiadasında mübarizəni dayandırdı
İdman 14:28 / 27.07.2024
Fransanın paytaxtı Parisdə təşkil olunan XXXIII Yay Olimpiya Oyunları çərçivəsində keçirilən cüdo yarışları davam edir. Bu gün cüdo üzrə yığma komandamızın daha bir üzvü Balabəy Ağayev (-60 kq) tatami üzərinə çıxıb. 
Mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançımız ilk görüşdə cənubi koreyalı Von Jin Kimlə qarşılaşıb. Təəssüf ki, idmançımız ilk görüşdə məğlub olaraq mübarizəni erkən dayandırıb. 
Xatırladaq ki, bu gün tatamiyə çıxan qadın cüdoçumuz Leyla Əliyeva (-48 kq) da ilk görüşdə məğlub olaraq olimpiadada çıxışını başa vurub.
Azərbaycan komandası Paris-2024-də 9 cüdoçu ilə təmsil olunur. 
21000 oxunub

InvestAZ