XƏBƏR LENTİ
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Paris-2024: Avarçəkənimiz 1/4 finala vəsiqə qazandı
İdman 13:11 / 27.07.2024

Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə üzrə yarışlara start verilib. Azərbaycan millisinin üzvü Diana Dımçenko da olimpiadada mübarizəyə başlayıb. Təmsilçimiz 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü yeri tutub. O, məsafəni 7 dəqiqə 52,53 saniyəyə qət edərək adını 1/4 finala yazdırıb.

1/4 final mərhələsinin görüşləri iyulun 29-da təşkil olunacaq.

Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris-2024-də Azərbaycan millisi 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edir.


20213 oxunub

InvestAZ