XƏBƏR LENTİ
23 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Gimnastlarımız Nissen Kubokunda mübarizə aparırlar
İdman 13:28 / 28.06.2024

İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə 52-ci Nissen Kubokuna start verilib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycan gimnastları da mübarizə aparırlar. Turnirdə məşqçi Abdulla Qasımovun rəhbərliyi altında 4 gimnastımız - Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova və Samirə Hüseynova iştirak edir.

Nissen Kubokuna iyunun 29-da yekun vurulacaq. 


22073 oxunub

InvestAZ