XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Azərbaycan şahmatçısı “Dubai Open”in qalibi oldu
İdman 16:15 / 02.06.2024

​​​​​​​Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Dubai Open" beynəlxalq turnirinin qalibi olub.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, son tura lider kimi başlayan qrossmeysterimiz yekun partiyada heç-heçə oynayıb. 9-cu turda M.Muradlı çinli Dai Çanqrenlə xalı yarı bölüb.

Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open"i qalib kimi başa vurub. Şahmatçımız həm də 16 min ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.

Turnirdə 6,5 xal toplayan Azərbaycanın digər zəka sahibimiz Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə şahmatçı 6-cı yeri tutub.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda Məhəmməd Muradlını qələbə münasibətilə təbrik edib.


12786 oxunub

InvestAZ