XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıblar
İdman 15:30 / 22.05.2024

Stolüstü tennis üzrəmilli komandamızQazaxıstana yollanıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, təmsilçilərimiz Çimkənd şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak edəcəklər.

Məşqçilər Fərhad İsmayılov və Ramin Cəfərovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova ustalıq səviyyəsini artırmaq üçün çalışacaqlar. Qazaxıstan millisi ilə bu gün başlayacaq birgə toplanış mayın 31-də yekunlaşacaq.

Qeyd edək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.


13020 oxunub

InvestAZ