XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Para-atletimiz dünya çempionatında qızıl medal qazandı
İdman 10:33 / 20.05.2024

Azərbaycan para-atleti Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında birinci olub.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, o, T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə dünya çempionu adını qazanıb.

Qeyd edək ki, bu, 25 yaşlı idmançının mundiallarda ilk qızıl medalıdır. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilmiş dünya çempionatında bürünc mükafat qazanmışdı. O, həmçinin Tokio Paralimpiadasında 3-cü yeri tutub.

Xatırladaq ki, iki gün əvvəl Azərbaycanın qadın para-atleti Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda qızıl medalı əldə edib.


20036 oxunub

InvestAZ