XƏBƏR LENTİ
20 May 2024
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024



“Günəşli” ll minifutbol turnirinin qalibi məlum oldu
İdman 14:20 / 09.05.2024

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turniri başa çatıb.

Turnrin final oyununda "Günəşli” və "Aşağı Güzdək” komandaları üz-üzə gəlib. Bakı Tennis Akademiyasında keçirilən oyunda 7:0 hesablı qələbə qazanan "Günəşli” komandası Bakının kənd və qəsəbələri arasında keçirilən ll minifutbol turnirinin qalibi olub.

Üçüncü yer uğrunda oyunda isə "Biləcəri” və "Mərdəkan” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 4:4 hesablı heç-heçə ilə yekunlaşdığına görə qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Mərdəkan təmsilçisi (3:1) bürünc medallara layiq görülüb.

Medalçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev, veteran futbolçu və idman səfiri İlqar Qurbanov və Azərbaycan Tennis Federasiyanın vitse-prezidenti Mehman Qocayev təqdim ediblər.

Qeyd edək ki, 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandalarının mübarizə apardıqları yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.



1023 oxunub

InvestAZ