XƏBƏR LENTİ
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



“Heydər Əliyev Kuboku-2024”: 11 boksçumuz yarımfinala vəsiqə qazandı
İdman 10:58 / 16.05.2024

Bakıda keçirilən yeniyetmə boksçular arasında "Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri davam edir. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın üçüncü günündə daha 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib. 20 döyüşün yekununa əsasən ən azı bürünc medalı təmin edən 20 boksçunun adı dəqiqləşib. Komandamızın 11 üzvü döyüşlərini qələbə ilə başa vuraraq adını yarımfinala yazdırıb. 

Boks Mərkəzində təşkil olunan ənənəvi turnirin dördüncü günündə daha 20 görüş keçiriləcək.



22579 oxunub

InvestAZ