XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Təşkilatçı ölkənin olimpiadadan ikiqat qazanc götürəcəyi təxmin edilir   
İdman 14:18 / 17.05.2024

Paris-2024 Yay Olimpiya Oyunlarında ev sahibləri və region ölkələri təxminən 6,7-11,1 milyard avro məbləğində gəlir götürə biləcək. Məlumat Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında yer alıb. İdman Hüquq və İqtisadiyyatı Mərkəzinin (CDES) dərc etdiyi hesabatda Oyunlar zamanı Parisə 2,3 milyondan 3,1 milyona qədər biletli turistin gələcəyi təxmin edilir. Paris Turizm İdarəsinin məlumatına görə, Oyunlar zamanı Parisə səfər edənlər 2,6 milyard avro xərcləyəcəklər. Bildirilir ki, Paris-2024 Olimpiadası üçün maliyyənin böyük hissəsi, yəni 7 milyard avro media hüquqları, sponsorlar, bilet satışı və uzunmüddətli infrastruktur layihələrinə görə əldə ediləcək.

Qeyd edək ki, BOK-un 1,7 milyard dollarlıq vəsait ayırıb. Hökuməttərəfindən 3 milyard avro isə bu işin təşkili üçün yönəlib.


21640 oxunub

InvestAZ