XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Gənc boksçularımız Macarıstanda fərqləndilər
İdman 01:02 / 19.05.2024

Macarıstanda Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnir keçirilib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən millimiz turniri 2 medalla başa vurub.

Baş məşqçi Elbrus Rzayevin komandasında Abbasqulu Şadlinski (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Arpad Jambora 4:1 (30:27, 30:27, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.

Tağı Nəsibov (60 kq) isə həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gəlib. Görüş rəqibin 4:1 (28:29, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medala yiyələnib.


22948 oxunub

InvestAZ