XƏBƏR LENTİ
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Ölkəmizdə ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək
İdman 00:19 / 19.05.2024

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Dünya Kubokunun ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan razılığa əsasən, ISMF tərəfindən Dünya Kubokunun "Şahdağ”da keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2025-ci il yanvarın 11-12-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dünya Kubokunun təşkili ilə bağlı qərar bu il martın 9-10-da Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ Turizm Mərkəzi”nin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Xizək Alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanmış uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.



24987 oxunub

InvestAZ