XƏBƏR LENTİ
25 İyun 2024
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



Boksçularımız “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirini 27 medalla başa vurdular
İdman 10:01 / 19.05.2024

Bakıda keçirilən yeniyetmə boksçular arasında "Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri başa çatıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Boks Mərkəzində keçirilən yarışda 5 ölkənin 116 idmançısı qüvvəsini sınayıb. Altı gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi turniri 27 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Nihad Qasımov, Zakir Həsənzadə, Əli Baxışov, Şahin Aslanov, Adil Zalov və Səftər Məmmədzadə çempion tituluna sahib çıxıb. Yalnız finalda uduzan Ayxan Həsənov, Nihad Qasımov, Bağır Əmirxanlı, Sübhan Babayev, Vüsal Hilalov, Kənan Aslanlı, Valeh Eyvazlı, Rza Rzayev və Məhəmməd Cəfərov ikinci yerlə kifayətləniblər.

Digər boksçularımızdan Rüstəm Şahbazov, Əli Məmmədov, İsmayıl Rzayev, Raul Heydərli, Tamerlan Əlimzanov, Turqay Rəhimli, Raul Əsədullayev, Musa İbadov, Elgün Əhmədli, İsmayıl Valiyev və İlkin Şahmməmədov bürünc mükafat qazanıblar.

Beləliklə, Azərbaycan yığması turniri 6 qızıl, 10 gümüş və 11 bürünc medalla başa vurub.

Millimiz bu nəticə ilə komanda hesabında birinci yeri tutaraq Heydər Əliyev Kubokuna sahib olub. İkinci pilləyə Gürcüstan komandası (3-2-4) sahib çıxıb. Qazaxıstan boksçuları isə 2 qızıl, 1 gümüş və 6 bürünc medalla üçüncü olub.

Birincilikdə ən yaxşı boksçu adına Əli Baxışov (Azərbaycan), ən əzmkar boksçu adına Yerdavlet Atayov (Qazaxıstan) layiq görülüb. Danara Ahmetova (Qazaxıstan) isə ən yaxşı hakim seçilib.



2965 oxunub

InvestAZ