XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Avropa açıq turnirində iştirak edəcək cüdoçularımız müəyyənləşib 
İdman 19:39 / 11.02.2026

Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa açıq turnirində çıxış edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək. İdmançılara qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Heyətdə Şəfəq Həmidova (48 kiloqram), Aydan Vəliyeva, Leyla Əliyeva, Könül Əliyeva (hamısı 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Mədinə Xaysinova (+78 kiloqram) yer alıb.

Fevralın 14-15-də təşkil olunacaq beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – "A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və "B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə ədalət təmsilçiləri arasında yer alacaqlar.


5047 oxunub

InvestAZ