Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.
Mərhələ çərçivəsində NTD-İNDİQO və"Xəzri" komandaları qarşılaşacaq."Sərhədçi" İdman Mərkəzində keçiriləcək oyuna saat 19:30-da start veriləcək.Bu komandalar arasında ikinci oyun mayın 11-də təşkil olunacaq.
İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də keçiriləcək.