XƏBƏR LENTİ
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025



Huqo Alanso Kastanon: Bakı ən azı 80-dən artıq bal toplamalıdır ki, 2026-cı ilin idman paytaxtı kimi təsdiqlənsin
İdman 19:33 / 21.04.2024

"Bakının 12 kateqoriyaya əsasən dünyanın idman paytaxtına namizədliyi irəli sürülüb”.

Bu barədə Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) baş katibi Huqo Alanso Kastanon "Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi" mövzusunda təşkil olunan mətbuat konfransında bildirib.

O bildirib ki, bu kateqoriyaların hər biri 100 ballıq şkala ilə qiymətləndiriləcək: "

Şəhərinizdə möhtəşəm qonaqpərvərlik gördüm. Burada olduğumuz üçün şadıq. Mən və komandamızın digər üzvləri adından deyə bilərəm ki, paytaxtınız idman şəhəri kimi tanınır və irəli sürülən namizədliyin qəbul olunması üçün hər cür şərait mövcuddur. Məqsədimiz dünya paytaxtlarına idman dəyərlərini qatmaqdır.

Bakı ən azı 80-dən artıq bal toplamalıdır ki, 2026-cı ilin idman paytaxtı kimi təsdiqlənsin. 1 həftə ərzində qiymətləndirmələr aparılacaq və biz yalnız bundan sonra Bakının idman paytaxtı seçilib-seçilməyəcəyi ilə bağlı suala cavab tapacağıq".


18962 oxunub

InvestAZ