XƏBƏR LENTİ
29 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Böyük Dəbilqə çempionu gücünü qolfda sınayıb - FOTO
İdman 16:20 / 19.04.2024

Serbiyalı tennisçi, 24 qat Böyük Dəbilqə çempionu və dünya bir nömrəsi olan Novak Cokoviç sosial şəbəkələrdə yeni fotolarını paylaşıb. Cokoviçin qolf oynadığı şəkillərdə yer alıb.

"Qolf günü. Diqqət, Rory McIlroy! (Dünyanın ən titullu və populyar aktiv qolfçularından biri, həmçinin Karolin Voznyaçkinin keçmiş sevgilisi. - red)”- deyə Cokoviç fotonun altında bu sözləri yazıb.

Qeyd edək ki, Cokoviçlə yanaşı,ispaniyalı Rafael Nadal da tennisdən sonra asudə vaxtlarında qolfla fəal məşğul olur.


18998 oxunub

InvestAZ