XƏBƏR LENTİ
01 Dekabr 2025
30 Noyabr 2025
29 Noyabr 2025
28 Noyabr 2025
27 Noyabr 2025



"Bugatti"nin "təmiz" versiyası satışa çıxarılıb
İdman 16:16 / 18.04.2024

"Bugatti"nin "Veyron Pur Sang" superkarı "Piston Heads" saytında satışa çıxarılıb. Qeyd olunur ki, bu "Veyron"un 2007-ci ildə cəmi beş nüsxə ilə buraxılmış xüsusi versiyasıdır. Avtomobilin qiyməti barədə məlumat verilmir. Bildirilir ki, «Veyron Pur Sang»ın əsas modeldən fərqi korpusda boya olmamasıdır. Fransız dilindən "təmiz" kimi tərcümə olunan "Pur Sang"ın bütün beş nümunəsi boyanmamış alüminium və karbon lifindən ibarətdir. Bundan əlavə, avtomobilin çəkisi "Veyron" istehsalı ilə müqayisədə 100 kiloqram azalıb.

Məlumat üçün bildirək ki, orijinal "Bugatti Veyron" 2005-ci ildə istehsal olunub. 1939-cu ildə Jean-Pierre Wimille ilə "24 Hours Le Manda" yarışında qalib gələn Pyer Veyronun adını daşıyan avtomobil 1000 at gücündən çox istehsal edən səkkiz litrlik W16 mühərriki ilə təchiz edilib.


17186 oxunub

InvestAZ