XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Rövnəq Abdullayev: "Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun"
İdman 12:09 / 02.04.2024

"Artıq futbola azarkeşlik edə bilərəm".

Bu sözləri AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev deyib.

O, 20 ildir Azərbaycan futbolunda çalışdığını bildirib: "Bu illər ərzində Ermənistan təmsilçisi "Pünik"ə qarşı tarixi qələbəmizi çox yaxşı xatırlayıram. 2006-cı ildə isə Ermənistan çempionu bizimlə oynamaqdan qaçdı. Bunlar xoş məqamlardır. Təbii ki, məyusedici hisslər də var. Futbola dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun sayəsində klublarımız sabit çıxış edirlər, maliyyə problemi yaşamırlar. Artıq liqamızın da səviyyəsi artıb".

R.Abdullayev FIFA və UEFA prezidentlərinə təşəkkürünü çatdırıb: "Canni İnfantinoya və Aleksander Çeferinə də öz minnətdarlığımı bildirirəm. Hər iki qurum hər zaman ölkə futbolunun inkişafı üçün səy göstərib".

O, son olaraq AFFA-ya təşəkkür edib: "Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm".


19397 oxunub

InvestAZ