XƏBƏR LENTİ
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



Taekvondoçularımız lisenziya turnirində iştirak edəcəklər
İdman 12:50 / 07.03.2024

Azərbaycanın 3 taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində iştirak edəcək. 

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmiz Milad Beiqi Harçeqani (+80 kq), Zemfira Həsənzadə (49 kq) və Nigar Abdullayeva (57)  ilə təmsil olunacaq. Kişilərdən ibarət yığmaya Məmməd Abdullayev, qadınlardan ibarət milliyə isə Sun Mi Park rəhbərlik edəcək. Bu gün Sofiyaya yollanan taekvondoçular martın 9-10-da qüvvələrini sınayacaqlar. Komanda ayın 11-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Azərbaycan taekvondo millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanıb.


2049 oxunub

InvestAZ