XƏBƏR LENTİ
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Azərbaycan klubu xorvatiyalı məşqçiyə həvalə olundu
İdman 11:53 / 05.03.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah” klubuna yeni baş məşqçi təyin olunub. Klubdan verilən məlumata görə, komanda xorvatiyalı məşqçi Krunoslav Renduliçə həvalə olunub. Klub rəhbərliyi təcrübəli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Xorvatiyalı məşqçi buna qədər məşqçi karyerası ərzində İranın "Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın "İstra 1961” (2018/19), "Şibenik” (2019-2021), "Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın "Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb. O, "Zrinski” ilə Bosniya və Herseqovina çempionu olub və bu ölkənin kubokunu qazanıb (2022-2023).

Xatırladaq ki, "Sabah” klubu hazırda Azərbaycan Premyer Liqasında 25 oyundan 34 xal toplayaraq 6-cı pillədə qərarlaşıb.


18137 oxunub

InvestAZ