XƏBƏR LENTİ
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024
10 Aprel 2024
09 Aprel 2024



Dünyanın ən bahalı avtomobil markası müəyyənləşib
İdman 13:06 / 23.02.2024

"Brand Finance” analitik agentliyi yeni illik hesabatını dərc edib. Hesabata əsasən ötən il "Mercedes-Benz” maliyyə cəhətdən "Tesla”nı keçərək dünyanın ən bahalı avtomobil markasına çevrilib.

Son bir il ərzində "Mercedes-Benz” brendinin dəyəri 1 faiz artaraq, 59,4 milyard dollara çatıb. Analitiklər qeyd edirlər ki, bu artım səmərəli xərclərin azaldılması tədbirləri və yaxşı düşünülmüş məhsul çeşidi hesabına baş verib. "Tesla”nın dəyəri, əksinə, keçən il azalıb. Düşmə faizi 12-yə çatıb. Bu marka hazırda 58,3 milyard dollar dəyərində qiymətləndirilir.

Mütəxəssislər dəyərin aşağı salınmasını şirkətin qurucusu İlon Maskın mübahisəli hərəkətləri ilə əlaqələndirirlər. Məlumat üçün bildirək ki, üçüncü yerdə 52,7 milyard dollar dəyərində olan «Toyota» markasıdır.Sorakı sıralamada «Porsche», BMW və Volkswagen yer alıb.



4864 oxunub

InvestAZ