XƏBƏR LENTİ
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



38 yaşında futbola qayıtdı
İdman 12:01 / 21.02.2024

Madrid "Atletiko"sunun və Uruqvay millisinin sabiq müdafiəçisi Dieqo Qodin futbolçu karyerasını bərpa edib. Uruqvay klubunun rəsmi saytı xəbər verir ki, İspaniya çempionu və ikiqat Avropa Liqasının qalibi "Poronqos"la müqavilə imzalayıb. Qodin 2023-cü ilin yayına qədər bu klubun formasını geyinəcək. Onun son komandası yerli "Velez Sarsfild" klubu olub.

Məlumat üçün bilidirək ki, Qodin 2010-cu ildən 2019-cu ilə qədər "Atletiko”da oynayıb, 2014-cü ildə İspaniya çempionluğunu qazanıb. Həmçinin iki dəfə (2012 və 2018) Avropa Liqasının qalibi olub. Futbolçu üç dəfə (2010, 2012, 2018) UEFA Superkubokunu qazanıb. Uruqvay millisinin heyətində 159 oyun keçirib. 2010-cu ildə milli ilə Dünya Kubokunun yarımfinalına çıxıb və növbəti il ​​Amerika Kubokunun qalibi olub. Qodin Uruqvay millisinin heyətində ən çox oyun keçirən futbolçudur.



13576 oxunub

InvestAZ