XƏBƏR LENTİ
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025



AMADA-nın təcrübəsi milli Olimpiya komitələrinə nümunə göstərilib
İdman 11:08 / 12.02.2024

Beynəlxalq Test Agentliyi (ITA) Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində Milli Olimpiya komitələri üçün təmiz idman üzrə təlimat dərc edib.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindənverilən məlumata görə, təlimat Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşlığı, Ümumdünya Antidopinq Agentliyinin (WADA) isə dəstəyi ilə hazırlanıb.

Təlimatda ITA 6 ölkənin və 1 regional təşkilatın təcrübəsindən yararlanıb. Həmin təşkilatlar arasında AMADA da yer alıb.

Təlimatda agentliyin Təhsil şöbəsinin fəaliyyətinə geniş yer verilib. Belə ki, AMADA-nın təhsil proqramlarının WADA-nın tələblərinə uyğun şəkildə təşkili, düzgün maarifləndirmə siyasətinin aparılması, dopinqin zərərlərinin idman ictimaiyyətinə dolğun və düzgün çatdırılması Milli Olimpiya komitələrinə nümunə kimi göstərilib.

Həmçinin təlimatda AMADA-nın təhsil üzrə proqramlarından hazırlanmış videoçarxlar da əyani surətdə təqdim olunub.

Xatırladaq ki, AMADA 2023-cü ildə 3 min nəfəri əhatə edən təhsil proqramları çərçivəsində 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir keçirib.


16997 oxunub

InvestAZ