XƏBƏR LENTİ
05 Mart 2024
04 Mart 2024
03 Mart 2024
01 Mart 2024
29 Fevral 2024



Paris-2024-ün medalları hazırdır
İdman 16:44 / 08.02.2024
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının medallarının təqdimat mərasimi keçirilib. Mükafatlar olimpiadanın Təşkilat Komitəsinin mənzil-qərargahında təqdim olunub. Medalların özəlliyi hər birinin tərkibində Eyfel qülləsinin metal fraqmentinin olmasından ibarətdir. Təşkilat Komitəsinin sədri Toni Estanqe bu medalların necə çətinliklə başa gəldiyini açıqlayıb: "Hər üç əyarda olan medalın Eyfel qülləsinin qiymətli metalı ilə eyni tərkibdə olması üçün nəhəng iş görülüb”.
Məlumat üçün bildirək ki, Olimpiya və Paralimpiya medallarının üz hissəsi eynidir. Hər ikisinin mərkəzində Eyfel qülləsinin konstruksiyasındakı poladdan hazırlanan beşbucaqlı yer alıb. Medaldakı "beşbucağ”ın ətrafındakı şüalar isə Fransanın və uğur qazanan idmançıların parlaması mənasını özündə əks etdirir.
Medalların lenti də qüllənin konstruksiyasını əks etdirən ornamentlə bəzədilib. Medalın arxa tərəfində qədim yunan stadionu əks olunub. Arenanın mərkəzində qələbə ilahəsi Nika dayanıb. Üfüqdə bir küncdə Afina Akropolu, digərində Eyfel qülləsi görünür.
Paralimpiya medalları arxa hissəsində nisbətən görmə qabiliyyətini itirənlər üçün nəzərdə tutulan Brayl şrifti ilə Paris-2024 və Paralimpiya Oyunları sözləri yazılıb.
Mükafatların dizaynını "Chaumet” zərgər evi hazırlayıb. Bu qurum Fransa biznesmeni Bernar Arnoya məxsus LVMH şirkətinə daxildir. Ümumilikdə 5 mindən çox medal hazırlanıb. Onların hər birinin diametri 85 mm, qalınlığı 9,2 mm-dır. Qızıl medal 529, gümüş 525, bürünc 455 qram təşkil edəcək ki, hər birinin tərkibində Eyfel qülləsinin konstruksiyasından 18 qram olacaq.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

1625 oxunub

InvestAZ