XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Birincilikdə fərqlənən idmançılar mükafatlandırıldılar
İdman 17:54 / 11.06.2019

Masallı şəhərindəki Cənub Cüdo Təlim Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
Üç gün davam edən yarışda 100-ə yaxın uşaq və yeniyetmə 16 çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparıb.
Açıq rayon birinciliyində Masallı ilə yanaşı, "Bakı Cüdo 2012”, "Bakı Azəri”, "Bakı Zirvə” klublarının yetirmələri də iştirak ediblər.
Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.

31684 oxunub

InvestAZ