XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Zəka sahiblərimiz Avropa çempionatında mübarizə aparıblar
İdman 11:29 / 30.03.2023

Monteneqronun Petrovats şəhərində qadın şahmatçılar arasında Avropa çempionatı keçirilib. Yarışda Azərbaycanın 14 zəka sahibi qüvvəsini sınayıb. Son gündə yığmanın 12 üzvü mübarizə aparıb. Onlardan yalnız Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Ləman Hacıyeva öz görüşlərini qələbə ilə başa vurublar.

Günay Məmmədzadə, Türkan Məmmədyarova, Nərmin Abdinova və Ayan Allahverdiyevanın heç-heçə etdiyi XI turda Gövhər Beydullayeva, Xəyalə Abdulla, Səbinə İbrahimova, Nazlı Hümbətova və Lalə Hüseynova məğlub olublar.

Xanım Balacayeva və Mələk İsmayıl isə son turda istirahət ediblər.

Qeyd edək ki, yekunda ən yaxşı nəticəyə G. Məmmədova imza atıb. 7 xal toplayan şahmatçı yarışı 21-ci pillədə tamamlayıb.


17967 oxunub

InvestAZ