XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Şəhidlərin xatirəsinə həsr olunan boks yarışı keçirilib
İdman 12:51 / 28.03.2023

İmişlidə şəhidlərin xatirəsinə həsr olunan boks üzrə açıq rayon birinciliyi təşkil olunub. Yarışda İmişli ilə yanaşı, 17 rayon və 4 şəhərdən olan boksçular gücünü sınayıb. Açıq rayon birinciliyi şəhidƏli Elçin adına İmişli boks idman klubunun təşəbbüsü ilə İmişli Olimpiya İdman Kompleksində keçirilib. Yarışın açılış mərasimində rayon rəsmiləri, Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhid Əli Elçin adına boks idman klubunun baş məşqçisi Etimad Hüseynov bildirib ki, açıq rayon birinciliyində İmişli ilə bərabər 18 rayon və 4 şəhərdən olan boksçular iştirak edib. 2009-2014-cü illər təvəllüdlü 180 boksçu yarışa qoşulub. Üç gün davam edən yarışda qazanılan medalların sayına görə, şəhidƏli Elçin adına İmişli boks idman klubu 1-ci yerə, Gəncə boks idman klubu 2-ci yerə, Səbail boks idman klubu isə 3-cü yerə çıxıb.


20665 oxunub

InvestAZ