XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paytaxtımızda Heydər Əliyevin 100 illiyinə həsr olunan boks turniri start götürür
İdman 12:05 / 28.03.2023

Bu gün Bakıda yeniyetmə boksçular arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirə start veriləcək. Azərbaycan Boks Federasiyasındanverilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarış 5 gün davam edəcək. Turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, İsrail və Moldova boksçuları mübarizə aparacaqlar. Millinin baş məşqçisi Vaqif Kazımov yarışda 40 idmançını sınaqdan keçirəcək. Turnirdə mükafatlar uğrunda ümumilikdə 100-dən artıq boksçu gücünü yoxlayacaq.

Döyüşlər saat 16:00-da başlanacaq. Yarışın ilk günü, saat 18:00-da rəsmi açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, yarışın baş hakimi Emil Qurbanəliyev olacaq.


23113 oxunub

InvestAZ