XƏBƏR LENTİ
03 Dekabr 2025
02 Dekabr 2025
01 Dekabr 2025
30 Noyabr 2025
29 Noyabr 2025
28 Noyabr 2025
27 Noyabr 2025



Bədii gimnastlarımız Bolqarıstana yollanırlar
İdman 11:17 / 28.03.2023

Martın 31-dən aprelin 2-dək Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Yarışda Azərbaycan fərdi növdə təmsil olunacaq. Ölkəmizin idman şərəfini Zöhrə Ağamirova və Alina Gözəlova qoruyacaqlar. Bolqarıstan yarışı cari il Z.Ağamirovanın ilk beynəlxalq turniri olacaq. Digər təmsilçimiz A.Gözəlova bir müddət əvvəl İspaniyada Qran-pri turnirində çıxış edib və topla proqramın finalında səkkizinci olub.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə növbəti dünya kuboku yarışları aprelin 21-23-də keçiriləcək. Ölkəmizin gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi üçüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir. Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına "AGF Trophy” kuboku təqdim olunacaq. Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.


19062 oxunub

InvestAZ