XƏBƏR LENTİ
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib
İdman 15:25 / 26.03.2023

"Turan Tovuz" klubu heyətinə yeni futbolçu cəlb edib. Komanda panamalı Roderik Millerlə müqavilə imzalayıb. Otuz yaşlı müdafiəçi ilə 3 ay, + 1 il müddətində rəsmi müqavilə bağlanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, sözləşmənin növbəti birillik hissəsi qüvvəyə minəcək.

Panamanın "San Fransisko” klubunun yetirməsi olan R.Miller karyerası ərzində Meksikanın "Merida”, Kolumbiyanın "Atletiko”, Portuqaliyanın "Feyrense”, Qazaxıstanın "Okjetpes”, Perunun "Karlos Stein”, İraqın "Al Kuva” və "Al Mina” klublarının formasını geyinib.

Müdafiəçi Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub.



20428 oxunub

InvestAZ