XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Boksçumuz dünya çempionatında yeni tarix yazdı
İdman 11:12 / 26.03.2023

Qadın boksçular arasında Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatına yekun vurulub. Mükafat fondu 2,4 milyon ABŞ dolları olan çempioantda 65 ölkədən 300-dən artıq boksçu qalib adı uğrunda mübarizə aparıb. Yarışda iştirak edən Azərbaycan millisinin boksçusu Aynur Rzayeva da iştiral edib. 81 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən yığmamızın üzvü yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə üz-üzə gəlib. Görüşdə rəqib qələbə qazanaraq finala yüksəlib. A.Rzayeva isə çempionatın bürünc medalına sahib çıxıb.

O, bununla da adını Azərbaycanın qadın boks tarixinə yazdırıb. Mundiallarda indiyədək yerli idmançımız bu nəticəyə nail olmadığından Aynur ilki rəsmiləşdirib. Həmçinin dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığımızdan 9 illik uğursuz seriyaya da son qoyub.

Qeyd edək ki, yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanıb.


20654 oxunub

InvestAZ