XƏBƏR LENTİ
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Avropa çempionatı 8 medalla yadda qaldı
İdman 08:52 / 27.03.2023

İspaniyanın Qvadalahara şəhərində karate üzrə Avropa çempionatı keçirilib. 48 ölkədən 468 idmançının iştirak etdiyi qitə çempionatında Azərbaycan yığması 21 idmançı ilə təmsil olunub. 5 gün davam edən çempionatda Azərbaycan karateçiləri 8 medala sahib çıxıblar. Mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür. Fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) Avropa ikincisi olub. Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) isə bürünc medala sahib çıxıblar. Bu nəticə ilə Azərbaycan medal qazanan ölkələr arasında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb.

Qazanılan mükafatlardan 1 qızıl, 2 gümüş və 1 bürünc medal isə para-karateçilərin payına düşüb. Belə ki, para-karate yarışlarında Emiliya Mitlinova birinci yerə layiq görülüb. Eldar Əhmədov ikinci, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü yeri tutublar. Para-karateçilərimiz medal sıralamasında ikinci olublar.

Böyüklərin növbəti Avropa çempionatı 2024-cü ildə Xorvatiyada təşkil olunacaq.


22945 oxunub

InvestAZ