XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
İdman 12:13 / 14.03.2023

Martın 14-də Bakının Sabunçu rayonunda yerləşən Böyük Şor gölünün sahilində quraşdırılan qaçış zolağının açılışı olub. Açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva iştirak ediblər.

Sakinlərin və idmançıların gündəlik qaçışlar etmələri, yüngül atletika ilə məşğul olmaları üçün nəzərdə tutulan cığır iki zolaqdan ibarət. Uzunluğu 725, eni isə 2,4 metr olan qaçış zolağı xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb.

Qaçış cığırı Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Holcim” ASC-nin birgə dəstəyi ilə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib.


34148 oxunub

InvestAZ