XƏBƏR LENTİ
17 May 2025
16 May 2025
15 May 2025
14 May 2025



Gənclər və İdman Nazirliyinin rəsmisi EPAS-ın İdarə Heyətinin Bürosuna üzv seçilib
İdman 11:32 / 16.05.2025

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinin (EPAS) İdarə Heyətinin Bürosuna üzv seçilib.

Bu barədə Olimpiyadunyasi.com-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fransanın Strasburq şəhərində keçirilən EPAS-ınİdarə Heyətinin 19-cu iclasındaAvropa ölkələrinin idman sahəsində məsul vəzifə daşıyan nümayəndələri iştirak ediblər.

Tədbir zamanı növbəti illər üçün strategiya və idmanda inklüzivlik, təhlükəsizlik məsələləri, idmanla bağlı konvensiyalar və digər mövzular ətrafında müzakirələr aparılıb.


178 oxunub

InvestAZ