XƏBƏR LENTİ
02 May 2025
01 May 2025
30 Aprel 2025
29 Aprel 2025



Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Gündəm 14:26 / 03.10.2022
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

"Şöhrət” ordeni ilə

Həsənov Tərlan Əliheydər oğlu
Rəcəbli Əhməddin İzət oğlu

"Tərəqqi” medalı ilə

Kələntərov Ceyhun Musa oğlu.
 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri 3 oktyabr 2022-ci il

42023 oxunub

InvestAZ