XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayırlar
İdman 10:51 / 13.06.2025

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
İlk yarış günündə Azərbaycan millisinin üç üzvü tatami üzərinə çıxacaq. Təmsilçilərimizdən Leyla Əliyeva (-48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşacaq. Bu çəki dərəcəsində eyni mərhələdən mübarizəyə başlayacaq Könül Əliyevanın isə ilk rəqibi ABŞ təmsilçisi Mariya Seliya Laborde olacaq.
Kşilərin mübarizəsində isə Əhməd Yusifov -60 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq. Mübarizəyə 1/16 finaldan başlayacaq idmançımızın ilk rəqibi yaponiyalı Ryyju Naqayama olacaq.

Çempionatın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Final blokunaisə 20:00-dan etibarən start veriləcək.

Qeyd edək ki, iyunun 19-dək davam edəcək dünya çempionatının fərdi yarışlarında 93 ölkədən 556 (294 kişi, 262 qadın) cüdoçu mübarizə aparacaq. Komandamız çempionatda 10 çəki dərəcəsində 13 (9 kişi, 4 qadın) cüdoçu iləfərdi yarışlarda təmsil olunacaq. Yığmamız həmçinin iyunun 20-dəqarışıq komanda yarışında mübarizə aparacaq.



2404 oxunub

InvestAZ