XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Skopye:2025: Atıcılarımız fərdi yarışlarda iştirak ediblər
İdman 17:04 / 22.07.2025

Skopye-2025 çərçivəsində "Partizan"idman zalında keçirilən güllə atıcılığı üzrə qızların pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında təmsilçimiz Leyli Əliyeva 7-ci yeri tutub - (371-6 x).
Bu növdə türkiyəli Ezginur Türkmən (378-9x), belaruslu Alina Nestsiaroviç (375-10 x) və ispaniyalı Qloriya Sançes (373-9x) ilk üçlükdə qərarlaşıblar.
Bu növdə mübarizə aparan oğlanların yarışında isə atıcımız Oleq Kerjankin (371,0-10x) festvaldakı mübarizəsini 15-ci pillədə tamamlayıb. Onun mübarizə apardığı yarışda modovalı Ursu Klimenti (384-15x) çempion tituluna yiyələnib. Serbiyalı Uros Gajic (382.0-17x) festivalın gümüş, italiyalı Loris Quarta (382) isə bürünc medala yiyələniblər
Qeyd edək ki, təmsilçilərimiz Skopye-2025-də güllə atıcılığı üzrə 10 m məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında 4 kateqoriya üzrə (duet, fərdi, solo, duet HİT/MİSS) mübarizə aparırlar. Oleq Kerjankin və Leyli Əliyeva sabah solo (10 m), iyulun 25-də isə duet HİT/MİSS (10 m) yarışlarında iştirak edəcəklər.



12819 oxunub

InvestAZ