XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Skopye-2025: Atıcılarımız gümüş medal qazandılar
İdman 16:18 / 25.07.2025

Şimali Makedoniyada keçirilən "Skopye-2025” XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında güllə atıcılığı yarışlarında mükafatçılar müəyyən olunub.
Bu gün 10 metr məsafəyə pnevmatik tapançadan Duet (HİT/MİSS) yarışlarında ölkəmizi təmsil edən Oleq Kerjankin və Leyli Əliyeva parlaq çıxışları ilə yadda qalıblar.

Komanda üzvlərimiz 53 xalla final mərhələsinə vəsiqə qazanıblar. Komandamız bu nəticə ilə həm də Avropa rekordunun müəllifi olub.

Final mərhələsində atıcılarımız Moldova təmsilçilərinə 19-21 hesabıyla məğlub olublar. Bununla da idmançılarımız gümüş medalla kifayətləniblər.


8258 oxunub

InvestAZ