XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



"Cadillac"ın təqdimat tarixi müəyyənləşib
İdman 16:22 / 04.12.2025
2026-cı ildə Formula 1-də debüt etməyə hazırlaşan "Cadillac" komandası ilk avtomobilini 8-9 fevral tarixində təqdim edəcək.
Olimpiyadunyasi.com Bloombergə istinadən  xəbər verir ki, təqdimat Super Kubok günü üçün nəzərdə tutulub. 
Məlumat üçün bildirək ki, Super Kubok 2025-ci ildə ABŞ-da ən çox izlənilən televiziya yayımı olub. Tədbirə 127,7 milyon izləyici toplaşıb. "Adweek" portalında yer alan xəbərdə isə qeyd olunur ki, yayımdakı 30 saniyəlik reklam orta hesabla 8 milyon dollara başa gəlib.

7018 oxunub

InvestAZ